Mobil versiya
Azərbaycandan Rusiyaya sərt cavab
Tarix: 21-06-2016, 15:32 | Saat: 15:47:00
Bölmə:Seçilənlər | çapa göndər

Azərbaycandan Rusiyaya sərt cavab

Azərbaycan tərəfi Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrini müsbət qiymətləndirir.


ANS-in məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.


Elmar Məmmədyarov bildirib ki, görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq”,- deyə Məmmədyarov vurğulayıb.


Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən gürüşün sonunda qəbul edilən bəyanatda atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.


Prezidentlərin bəyanatlarını jurnalistlərə səsləndirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İlham Əliyev, Serj Sərkisyan və Vladimir Putin danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər.


Prezidentlərin Sankt-Peterburq görüşünü şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, ölkə liderlərinin bəyanatında danışıqlar prosesində irəliləyişlərin olduğu hiss edilir.


“Amma irəliləyişlər torpaqların qaytarılması ilə bağlı deyil. Sadəcə olaraq, Rusiya istəyir ki, atəşkəs rejiminə daimi əməl edilsin. Rusiya danışıqları öz bildiyi istiqamətdə aparmaq istəyir. Hələ ki, Ermənistan əsgərlərinin işğal olunan ərazilərdən çıxarılması məsələsi danışıqların ana xəttini təşkil etmir”,- deyə Qabil Hüseynli bildirib.


ATƏT müşahidəçilərinin sayını artırmaq barədə razılıq məsələsinə toxunan politoloq bildirib ki, belə bir addımın atılması yalnız Ermənistan tərəfinə sərf edir.


“ATƏT –in müşahidəçilərinin sayının artırılması Azərbaycan üçün məqbul olmayan məsələdir. Həmçinin onların sayının artırılması üç həmsədr dövlətin razılığı əsasında olmalıdır. Müşahidəçilərin sülhyaratma prosesinə heç bir dəxli yoxdur və onların sayının artırılması “status-kvo”nun qorunub saxlanılması deməkdir. Cəbhə xətti boyu müsahidəçilərin sayının artırılması müharibənin dayandırılması demək deyil",- deyə politoloq bildirib.


Qabil Hüseynli bildirib ki, belə təkliflərin irəli sürülməsi erməni işğalının əbədiləşdirilməsinə xidmət edir. "Müəyyən müddətdən sonra Azərbaycan tərəfi bu təklifdən imtina edə bilər". Görüşdən əvvəl Kremlin verdiyi açıqlamadan da Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələrindən boşaldılması ilə bağlı heç bir cümlə öz əksini tapmamışdı.


Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib ki, hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır.


Peskovun açıqlaması artıq görüşdən sonra hansı bəyanatların veriləcəyinə bir işarə idi. Bundan əvvəl, prezidentlərin mayın 16-da Avstiryanın paytaxtı Vyanada keçirilən görüşdə də buna bənzər razılaşmalar əldə olunmuşdu. Amma Sankt-Peterburqda olduğu kimi Vyanada da Azərbaycanın işğal altında olan torpaqlarının qaytarılması ilə bağlı heç bir addım atılmamışdı.


Belə bir məqamda yalnız Azərbaycanın işğal altında qalan torpaqlarının müharibə yolu ilə azad etməkdən başqa çıxış yolu qalmır.



5705 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031