Mobil versiya
Dəhşətli kadrlar: 11 yaşlı qız səkidə can verdi - FOTO
Tarix: 21-06-2016 | Saat: 15:22
Bölmə:Cəmiyyət | çapa göndər



Çoxmərtəbəli yaşayış binasının 20-ci qatında pəncərə şüşəsinin sınaraq yerə düşməsi faciəyə səbəb olub. Şüşə həmin anda səki ilə yeriyən 11 yaşlı qızın başına dəyib. Uşaq aldığı yaradan yerindəcə keçinib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Çinin cənubundakı Çjuhay şəhərində yaşanıb.
Məktəbə gedən 11 yaşlı qız şəhərin Çjanşou rayonundakı Lyuean bölgəsində bacısı və qardaşı ilə yolu keçəndə başına şüşə parçası düşüb.
Lo adlı şahidin dediyinə görə, faciə səhər saat 10-da olub.
Polisdən verilən məlumata görə, şüşə Henqfu küçəsindəki 2 saylı binanın 20-ci mərtəbəsindən düşüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024