Mobil versiya
Bakıda Böyük Britaniya vətəndaşı intihar etdi – FOTO + YENİLƏNİB
Tarix: 28-08-2015 | Saat: 11:48
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Adamuku özünü 12-ci mərtəbədən atıb.

Böyük Britaniya vətəndaşı Elizabet Adamukunun intiharının təfərrüatları məlum olub.

Aia.az xəbər verir ki, Vesti.Az saytına verilən məlumata görə, qadın özünü asmayıb, o, K.Rəhimov küçəsindəki №12 А yaşayış binasının 12-ci mərtəbəsindən özünü atıb.

İntiharın səbəblərinə gəldikdə isə, ilkin istintaq zamanı ingilis qadının intiharı şəxsi problemlərə görə etdiyi məlum olub. Elizabetin Almaniya vətəndaşı, Port-Baku şirkətinin işçisi olan həyat yoldaşı hamilə olan arvadının körpəsini düşürdüyünü deyib.

Onun sözlərinə görə, bu, uzun illər boyu gözlənilən körpə idi. Qadın bətnindəki körpəsinin tələf olmasına dözə bilməyib və dərddən intihar edib.

10:10

Bakıda Böyük Britaniya vətəndaşı olan qadın intihar edib.

Aia.az xəbər verir ki, bu barədə “Report”a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindəki mənzildə kirayə yaşayan 39 yaşlı Elizabet Adamuku elə oradaca özünü asıb.

Faktla bağlı araşdırma aparılır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024