Mobil versiya
Şimal qonşumuz Avro 2016-da qrupda qaldı.
Tarix: 21-06-2016 | Saat: 12:45
Bölmə:İdman | çapa göndər



Avro 2016-turnirində B qrupuna aydınlıq gəldi. Slovakiyaya 1-2 hesabıyla uduzan Rusiya seçməsi üçün Uelslə oyunda qələbə hava və su kimi vacib idi. Amma sən saydığın say gör Uels nə sayır. Paralel keçən oyunda qrupun iddialısı İngiltərə Slovakiyanı qəbul edirdi. Bəzi futbol azarkeşləri Rusiyanın 2008-ci ildəki kimi oynayacaöını düşünürdülər. Amma autsayder saydıqları Uels bütün proqnozları alt- üst etdi. Uels şimal qonşularımızı sürətli əks- hücumlarda yaxalamağa çalışırdı. Bunun bəhrəsi 11-ci dəqiqədə Alam Remsi gətirdi 1-0. Ruslar özlərinə gəlməmiş qapılarında ikinci topuda çıxartmalı oldular. Bu dəfə səhnəyə Teylor çıxdı 2-0. Qola baxanda ofsaytdan vurulduğu güman olunur. Ruslar kəsərli hücumlar qura bilmirdi və rəqib əks-hücumları daha bəhrəli görünürdü. Oyunun 67-ci dəqiqəsində Uels seçməsinin forvardı Real-Madridli Qarid Beyl oyuna tam şəkildə adınlıq gətirdi. Ofsaytdan vurulduğu güman olunan təkbətək epizodda Akinfeyev Real- Madridli futbolçudan dueldən məğlub ayrıldı 3-0. İngiltərə slovaklarla oyunda uda biləcəkləri oyunu uda bilmədilər. Uesdən fərqli ingilislər rəqibin müdafiyə xəttini yara bilmədi. Beləliklə B qrupunu britaniyalılar növbəti mərhələyə keçdilər. Bukmekerlərin iddialı və rəqiblərə başağrısı kimi görünən ruslar isə 1-cə xalla Moskvaya qayıtmalı olacaq.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024