Mobil versiya
Bakının məşhur məktəbində qalmaqal
Tarix: 20-06-2015 | Saat: 17:47
Bölmə:Təhsil / Manşet | çapa göndər




Vaxtilə 20 saylı orta məktəbin sökülərək sonradan yenidən tikilməsi vədi verilmişdi. Və bu iş də icra olunmaqda idi. Amma birdən KİV-də məktəbin yerində parkın salınacağı xəbəri yayıldı. Bunu eşidən məktəbin valideyn və pedaqoji kollektivi çaş-baş qaldı. Müvafiq qurum bu çaşqınlığın, təlaşın əsassız olduğunu bildirdi.

Ans tv-nin məlumatına görə, iyunun 8-də 20 saylı orta məktəbin valideyn və müəllimlərini bir araya toplayan bir məsələ var idi. O da narahatlıqlarına son qoymaq. Onlar bir şeyi bilmək istəyirdi. Bu təhsil ocağının taleyi necə olacaq?

Onlar deyirlər ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, təhsil ocağının yerində park salınacaq. Amma vaxt ilə məktəbin əsaslı təmir olunaraq bu ilin sonunda təhvil veriləcəyi vəd olunmuşdu. Hətta bu məlumat təhsil ocağının tikiləcəyi əraziyə girişdə qoyulan lövhədə də əksini tapıb.

İndi bu xəbəri eşidər-eşitməz valideyn və müəllim kollektivi çaş-baş qalıb. Təhsil ocağının 400-ə yaxın pedaqoqu işsiz qalacaqlarından ehtiyatlanır. Bundan başqa valideynlər də övladlarının mənzillərindən uzaq bir yerdə oxumasını istəmirlər.

Müəllimə Təranə Əliyeva bildirir ki, onların bura toplaşmağının bir səbəbi var: "Bilmək istəyirik ki, doğrudan da, burada park olacaq? Ümumiyyətlə, məktəbin qarşısında parkın olması təqdirəlayiq bir haldır. Buna baxmayaraq biz məktəbin harada yerləşəcəyi barədə dolğun bir məlumat əldə etməq istəyirik".

Valideyn Səbinə Salahova da yayılan xəbərlərdən narahatdır: "Biz sevinirdik ki, məktəbin yerində yeni məktəb inşa olunacaq. İndi bu məsələ necə olacaq? Bizim uşaqlarımız harada oxumalıdır. Mən burada yaşadığım halda uşağımı hansı bir məktəbə aparıb qoymalıyam?"

Az keçmədi ki, əraziyə Yasamal rayon icra hakimiyyətinin başçısının müavini Təravət Muradova gəldi. O, valideyn və müəllimlərlə söhbəti zamanı yaranmış fikirlərə aydınlıq gətirdi. Bildirdi ki, burda heç bir parkın tikilməsindən söz belə gedə bilməz: "Söylənilənlərin hamısı boş bir fərziyyələrdir. Hazırda burada məktəbin tikintisi davam etdirilir".

İcra rəsmisinin sözlərindən də aydın oldu ki, valideyn və müəllimlərin narahatlığına heç bir əsas yoxdur.
Məktəb elə əvvəlki yerində tikilib təhvil veriləcək. Yalnız dekabr ayına kimi gözləmək qalır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024