Mobil versiya
Andrey Şevçenko baş məşqçi olur
Tarix: 21-06-2016 | Saat: 11:04
Bölmə:İdman | çapa göndər

Andrey Şevçenko baş məşqçi olur





Ukrayna yığmasında baş məşqçi dəyişikliyi olacaq.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionatında uğursuz çıxışla yadda qalan ukraynalılarda baş məşqçi Mixail Fomenko postunu tərk etməyə hazırlaşır.

Qrupdakı ilk iki qarşılaşmada məğlub olan Fomenkonun komandası bu gün son matçda Polşa ilə üz-üzə gələcək və nəticədən asılı olmayaraq, Fransanı tərk edəcək. Çalışdırıcı qarşılaşmadan əvvəl futbolçularla görüşərək, onlarla vidalaşıb. Baş məşqçi oyunçularından son görüşdə qələbə qazanmağı və onu major notda yola salmağı xahiş edib.

Ukrayna Futbol Federasiyası yeni baş məşqçini də artıq tapıb. Belə ki, bu il Fomenkonun köməkçisi təyin edilən əfsanəvi Andrey Şevçenkonun baş məşqçi postuna gətirilməsi gözlənilir. Hazırda yeganə namizəd Şevadır və federasiya vətənə döndükdən dərhal sonra 40 yaşlı mütəxəssisə rəsmi təklif edəcək.

Sentyabrda DÇ-2018-in seçmə mərhələsi start götürdüyündən, ukraynalılar ən geci iyul ayında Şevçenkonu təqdim etmək və onun köməkçilərini qətiləşdirmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna yığması AÇ-2016-nın qrupunda həm Almaniya, həm də Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlub olub.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024