Mobil versiya
Sarkisyan sağalmaz xəstəliyə tutulub - DİAQNOZ
Tarix: 17-06-2016 | Saat: 16:53
Bölmə:Karusel | çapa göndər




Aprel müharibəsindən sonra məğlub vəziyyətə düşən Ermənistanda hakimiyyət daxili qarşıdurma şiddətlənib.

Publika.az xəbər verir ki, Ermənistanın “Qraparak” qəzeti Serj Sarkisyan hakimiyyətinə ciddi təhlükə yarandığını yazıb: “Sarkisyanın ictimai nüfuzunun zədələnməsindən sonra onu devirərək yerinə keçmək istəyənlər aktivləşib. Buna görə də Sarkisyan hansısa dəyişikliyi ilə bağlı heç kəsə danışmır, qərarları təkbaşına verir. O hər şeydən şübhələnir və hər kəsi yoxlayır. Ətrafındakı şəxslərdən qorxur, hətta ən yaxın ətrafına belə etibar etmir, onlardan da gizlənir”.

Qəzet əlavə edir ki, xarici işlər naziri Edvard Nalbandyanın Fransaya səfir göndəriləcəyi gözlənilir: “Onun yerinə isə Sarkisyanın köməkçisi Viqen Sarkisyan gətirilir”.

Erməni KİV-nin məlumatına görə, Sarkisyan orduda generalları təmzilədikdən sonra diplomatik xidmətə də əl atacaq. Nalbandyanın səfir göndərilməsi ilə bağlı məlumatlar da bundan xəbər verir. Lakin o dəyişikliklər bağlı qərarlarını hər kəsdən gizlədir və hər kəsdən şübhələnir.

Qeyd edək ki, hər kəsdən şübhələnmək, heç kimə güvənməmək paranoya xəstəliyinin əlamətidir. Mənası yunan dilində “havalanma” olan bu xəstəliyin əlamətləri davamlı təqib edildiyindən, yediyi-içdiyi yeməklərdən zəhərlənəcəyindən, yoldaşının onu aldatdığından şübhələnməkdir. Paranoya xəstələrinin xüsusiyyətlərindən biri də xəstəliklərini ümumiyyətlə qəbul etməmələridir. Bu xəstəlik uşaqlıq, yaxud gənclik illərində alınan zədədən yarana bilir. Digər tərəfdən, irsi olaraq da keçir. Pranoya xəstəliyini müalicə etməyin yolu olsa da, ona tutulan şəxslər adətən ömürləri boyu bundan əziyyət çəkirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024