Mobil versiya
“Azəriqaz”ın işçilərinə qapı açmayın” - Dövlət Xidməti
Tarix: 17-06-2016, 16:49 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

“Azəriqaz”ın işçilərinə qapı açmayın” - Dövlət Xidməti

"Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmir

"SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları bəzi hallarda qanunu düzgün qəbul etmədikləri və ya anlamadıqları üçün əhalinin və sahibkarların qapısını döyüb qanunsuz olaraq yoxlama aparırlar".

Bunu Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin sektor müdiri Hüseyn İbrahimov bildirib.

H. İbrahimov bildirib ki, "Azəriqaz"ın əməkdaşlarının etdikləri yolverilməzdir: "Buna baxmayaraq, "Azəriqaz" əməkdaşları bu tip hərəkətlərini davam etdirirlər. Bu isə bir çox hallarda işin məhkəməyə qədər uzanmasına səbəb olur. Əhalidən xahişimiz və tələbəmiz budur ki, qapılarını "Azəriqaz"ın işçilərinə açmasınlar. İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282 və 542-ci maddələrində bunlar təsbit olunub. Qaz paylayıcısı ilə qaz istehlakçısı arasında olan ən ümdə sənəd alqı-satqı müqaviləsidir. "Azəriqaz"ın bu müqavilədən kənara çıxmaq üçün heç bir səlahiyyəti yoxdur. Əgər əvvəl "Azəriqaz" əməkdaşlarının 6 aydan bir istehlakçını yoxlamaq səlahiyyəti var idisə, artıq onların bu səlahiyyəti ləğv edilib və bunu ehtiva edən bənd müqavilədən çıxarılıb. Buna baxmayaraq, "Azəriqaz"ın əməkdaşları yoxlamalar aparırlar. Bu sahədə nəzarəti yalnız Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi apara bilər".

Sektor müdiri əlavə edib ki, istehlakçılar hər hansı neqativ hallarla rastlaşarsa, Dövlət Qaz Nəzarəti İdarəsinə müraciət edə bilərlər. "Müraciət daxil olduğu halda, idarə istehlakçıların hüquqlarını müdafiə edəcək". (aznews)



5941 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031