Mobil versiya
15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə başladı
Tarix: 17-06-2016 | Saat: 15:22
Bölmə:Cəmiyyət | çapa göndər



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı məhkəmənin hazırlıq iclası başlayıb.

Aia.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilənlərin vəkilləri bəzi sübutların iş materiallarından xaric edilməsi, cinayət işinə xitam verilməsi, həbsdə olan şəxslərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə prosesi iyunun 28-də davam edəcək.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə qarşısına beş nəfər çıxarılıb – binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş, rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Yanğın nəticəsində aralarında uşaqlar da olmaqla, 15 nəfər həlak olub, 50 nəfər xəsarət alıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024