Mobil versiya
Azərbaycanda dəhşətli qəza - 4 ölü, 4 yaralı (VİDEO)
Tarix: 17-06-2016, 11:53 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Azərbaycanda dəhşətli qəza - 4 ölü, 4 yaralı

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

color=#000099]Aia.az
məlumat verir ki, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 25 yaşlı İntiqam Muxtarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə VAZ-ın sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan 7 nəfər Şəmkir sakini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 3 nəfər dünyasını dəyişib, 4 nəfərin isə vəziyyəti ağırdır. Ölənlərdən birinin azyaşlı olduğu deyilir.

"Mercedes"in sürücüsü isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Ona sağ diz oynağının əzniyi, sağ və sol dirsəyin sıyrığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir, ambulator müalicə üçün evə buraxılıb. İntiqam Muxtarovun dediyinə görə, o, Şəmkir şəhərində yerləşən banklardan birində işləyir. Hadisə şəxsi avtomobili ilə Gəncəyə qayıdarkən baş verib.

Ölənlər:

İntizam Həsənov

Xanım Bayramova

Rəna Həsənova

Aynur Həsənova

Yaralılar:

Ramin Həsənov

Vahid Bayramov

Röyal Həsənov

İntiqam Muxtarov

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.




5589 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930