Mobil versiya
Azərbaycanlı kriminal avtoritet azadlığa çıxdı
Tarix: 27-08-2015, 11:15 | Saat: 15:47:00
Bölmə:Şou-biznes / Manşet2 / Karusel | çapa göndər

Azərbaycanlı kriminal avtoritet azadlığa çıxdı
Rusiyanın Çelyabinsk Şəhər Məhkəməsi azərbaycanlı kriminal avtoritet İlham Osmanov barəsində çıxarılmış həbs-qətimkan tədbirini dəyişdirib və onu ev dustaqlığına buraxıb.

İlham Osmanov reketlikdə ittiham olunur və bu ilin martında həbs edilmişdi.

İlham Osmanovla birlikdə onun iki əlaltısının - Kiriçenko və Mitryasovun da barəsində çıxarılmış həbs-qətimkan tədbiri dəyişdirilib.

İlham Osmanov Çelyabinskdə azərbaycanlı biznesmenə qarşı reketlik edərək ondan 11 milyon rubl və “Volksvagen Passat” avtomobilini alarkən həbs edilib. Həbs olunarkən onun üzərində səsboğucuya malik tapança tapılıb.

Prokuror kriminal avtoritetin barəsində çıxarılmış həbs qərarının qüvvədə qalmasında israr etsə də məhkəmə müdafiə tərəfinin vəsadətini təmin edib.

Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Osmanov Çelyabinsk vilayəti üzrə “smotryaşi”dir və Oleq Aşxabadski ləqəbli kriminal avtoritetlə yaxın təmasda olub.

Oleq Aşxabadski həbs olunaraq Ermənistana deportasiya edilsə də hazırda bu ölkədən Cənubi Uraldakı kriminalitetə rəhbərlik edir. \\virtualaz.org



5780 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930