Mobil versiya
Yorulmuşam...
Tarix: 16-06-2016, 10:47 | Saat: 15:47:00
Bölmə:Seçilənlər-5 | çapa göndər

Yorulmuşam...

Yoruldum...
Hər şeydən...
Həyatdan, insanlardan, mübarizədən,yaşadığım mühitdən, yediyim yeməklərdən , içdiyim sudan, aldığım havadan...
Yoruldum...
Ən çox sən yordun məni...
Hər gün başqa-başqa havalarından yoruldum...
Bir gün yaxşısan, bir gün kobudsan, bir gün düzgünsən, bir gün dəlisən, bir gün sevimlisən, bir gün soyuqsan...
Dəyişikliklərindən yoruldum...
Mənə doğru atdığın addımlarından yoruldum...
Eyni zamanda bir addım irəli gələrkən, iki addım geri çəkilməndən də yoruldum...
Həyatı sənlə gözəl gördükdən sonra belə, hər gün məni həyata küsdürməyindən yoruldum...
Mənasız mübarizədən yorulmuşam, inanırsanmı? Hər gün eyni fikirlərlə beynimin ətini yeməkdən yorulmuşam...
Qarşılıqsız sevgidən yorulmuşam...
Bir çağırışına qaça-qaça gedib, bir sms-inə ağlamaqdan yorulmuşam ...
Yalan deyilsən, saxtakar deyilsən, ikiüzlü deyilsən, amma çox uzaqsan, ən sevdiyim yasəmən ətrini qeyri-mövsümdə duymaq nə qədər imkansızdırsa, sən də o qədər imkansızsan, imkansızlıqan yoruldum...
Daşlı, çınqıllı, kələ-kötür yolları mənasızcasına gedib-gəlməkdən yoruldum.
Səndən öz ətrafıma şişirdilmiş şəkildə danışmaqdan yoruldum...
Deyirsən, mənə güvənmirsən... Amma mənə güvən vermirsən ki... İsti baxışlarının arxasında belə gizlətdiyin soyuqluğunu hiss etməkdən yoruldum...
Deyirsən məni niyə sevirsən? Amma sevən birinə belə bir sual verilməz ki... Sevməkdən yoruldum... Sanki qatı bir cinayət törətmiş insan kimi sevgimdən utanmaqdan yoruldum...
Deyirsən mənə bağlanma... Gec qalmış bir xaişdir bu... Hərənin ürəyi biri ilə atarkən, mənim ürəyim sənlə atırsa, mənim nə günahım... Günahsızkən belə, günahkar çıxarılmaqdan yoruldum...
Deyirsən gedəcəm... Əbədi kim var ki... Əbədi nə var ki... Sən əbədisənmi bu həyatda? Yaşadıqların və yaşayacaqların əbədidirmi?...Əgər həyatımız əbədi deyilsə, sən niyə əbədi olasan ki... Həyatdan dahamı əbədisən sən?...
Deyirsən anlaya bilmirəm səni... Sanki mən özüm-özümü anlayırammı? Sanki dediyimdən, yazdığımdan başım çıxırmı?
Yorulmuşam... Bu yorğunluq yatmaqla, dincəlməklə, tətillə, istirahətlə çıxmaz canımdan...
Bu yorğunluğun çarəsi yoxdur...
Nə sən ala bilərsən çiyinlərimdəki yükü, nə bir başqası... Özüm daşıyacam ürəyimdəkiləri...
Sən mənə məlhəm deyilsən, olmadın, olmayacaqsan...
Sən sadəcə sarğısan mənim yaralarıma... Bir gün səninlə də hesabımı kəsəcəm...

Vəfa Soltanova



51 092 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031