Mobil versiya
Maral Tahirqızının həbsxana həyatı
Tarix: 15-06-2016 | Saat: 12:11
Bölmə:Cəmiyyət | çapa göndər

Maral Tahirqızının həbsxana həyatı






"Xəzər" telekanalında yayımlanan "Rezonans" verilişi növbəti buraxılışını həbsdə olan müğənni Maral Tahirqızıya həsr edib.

Aia.az-ın məlumatına görə, bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək, həbs olunan və 3 il azadlıqdan məhrum edilən müğənni həbsxana həyatından danışıb:

"Mənə ən yüksək cəza verilib. Gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat yerdən gəlib, belə yerdə yatmaq çətin idi. Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Olduğum hücrədə hamı siqaret çəkirdi.

Mən də iy götürmürəm. Dedim ki, zəhmət olmasa, pəncərə tərəfdə çəkin. Sonra hazırda qaldığım yerə gətiriləndə xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın".

M.Tahirqızı həbsxanada mahnılar yazdığını da deyib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024