Mobil versiya
Bu kişini tapmağa kömək edin
Tarix: 15-06-2016, 12:05 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Bu kişini tapmağa kömək edin





Salyan şəhər sakini, 50 yaşlı 2-ci qrup ruhi xəstə Xudaverdiyev Əbülfəz Qabil oğlu iyun ayının 4-də yaşadığı evdən çıxaraq, birgə yaşadığı bacısına Bakıya gedəcəyini deyib.

Aia.Az bildirir ki, Əbülfəzin bacısı Ədibənin virtualaz.org-a verdiyi məlumata görə, qardaşı Bakı şəhərində səyyari olaraq qəzet-jurnal satışı ilə məşğul olurmuş. Ona görə də, ayın çox hissəsini Bakıda qalırmış.

İyun ayının 5-də saat 15 radələrində bacısı Əbülfəzlə danışıb, o da Bakıda olduğunu deyib. Amma 1 saat sonra etdiyi zəngə, telefonu çağırsa da, cavab verməyib. Sonrakı zənglərdə isə telefonu söndürülübmüş.

55 yaşlı Ədibə deyir ki, onun bir qardaşı Rəhman Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Özü də ailə qurmayıb. Valideynlərini isə çoxdan itirib. Yəni həyatda qardaşı Əbülfəzdən başqa bir kimi yoxdur. Ona görə də, tezliklə qardaşından bir soraq almaq istəyir.

İtkin düşmüş Əbülfəz Xudaverdiyevin üzərində şəxsiyyət vəsiqəsi olub. Vəsiqənin üstündə bacısının telefon nömrəsi yazılıb.

Əgər qardaşı barədə məlumatı olan varsa, xahiş edir ki, ya polisə, ya da onun 051-768-66-89 nömrəli telefonuna zəng vurub xəbər etsinlər.

Qeyd edək ki, Ədibə qardaşı Xudaverdiyev Əbülfəz Qabil oğlunun itkin düşməsi ilə bağlı artıq polisə də müraciət edib və axtarış elan olunub.



aia.az



5558 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930