Mobil versiya
Azərbaycan və ABŞ razılığa gəldilər
Tarix: 15-06-2016 | Saat: 11:48
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və ABŞ razılığa gəldilər






Azərbaycan və ABŞ aviadaşıyıcılar üçün "açıq səma" rejimi haqda razılaşma əldə ediblər.

Aia.Az anspress-ə istinadən bildirir ki, bu haqda ABŞ dövlət departamentinin məlumatında deyilir.

Ölkələr rejimin tətbiq olunması haqda 3 il ərzində danışıqlar aparıblar. ABŞ dövlət departamenti qeyd edir ki, razılıq "hər iki ölkədə tələbatın artması fonunda" aviabazara geniş girişi təmin edərək həm ABŞ, həm də Azərbaycan üçün sərfəli olacaq.

"Açıq səma" üzrə razılıq aviasiyada ikitərəfli münasibətləri liberallaşdıracaq, ticarət və ABŞ və Azərbaycan arasında gediş-gəlişi inkişaf etdirəcək. "Açıq səma" haqda razılıq aviasiyadan əlavə turizm və istehsalatda da iqtisadi artım imkanları yaradacaq", - Dövlət Depratamentinin bəyanatında belə deyilir.

"Açıq səma" rejimi xarici aviaşirkətlərə aviaəlaqə haqda ikitərəfli razılıqdan asılı olmayaraq uçmağa və ölkələr arasında tranzit uçuşlar həyata keçirməyə imkan verir.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024