Mobil versiya
Maşın qiymətinə qarpız satılır - FOTO
Tarix: 14-06-2016 | Saat: 13:14
Bölmə:İqtisadiyyat | çapa göndər

Maşın qiymətinə qarpız satılır - FOTO




Yaponiyada qara qarpız hərraca çıxarılıb.

aia.az anspress-ə istinadən bildirir ki, Toma şəhərində yetişdirilən nadir "denske" növündən olan qara rəngli qarpız 500 min yenə (4,7 min dollara) satılıb. Onu alan şəxsin adı isə açıqlanmayıb.

Belə böyük məbləğə baxmayaraq bu, rekord qiymət olmayıb. Belə ki, 2008-ci ildə 6,1 dollara satılan qara qarpız bu sahədə rekord vurub.

Bu qarpızlar qaraya çox yaxın olan tünd-yaşıl rəngləri, sululuq və şirinlikləri ilə seçilirlər. Toma şəhəri isə onların yetişdirilmə mərkəzi hesab edilir. Hər il bu şəhərdə qarpız hərracı keçirilir. Bu il fermerlər azı 70 min qarpız satmağı planlaşdırırlar. Onların birinin qiyməti isə ortalama 47 dollar olacaq.

Ümumiyyətlə, Yaponiya forması, rəngi, dadına görə qəribə meyvələri ilə məşhurdur. Bu meyvə-tərəvəzə də külli miqdarda pul ödəyənlərin sayı kifayət qədər çoxdur. Məsələn, bir neçə gün qabaq "yubai" növündən olan yemişə 28 min, manqoya 2,5 min dollar pul verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024