Mobil versiya
BANM-də qanvermə aksiyası keçirilib - FOTO
Tarix: 14-06-2016 | Saat: 12:06
Bölmə:Media | çapa göndər

BANM-də qanvermə aksiyası keçirilib - FOTO





Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib. Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü və hazırladıqları qrafikə uyğun olaraq aparılıb.

Aia.Az bildirir ki, tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəis müavini İlqar Haqverdiyevin nəzarəti ilə baş tutub. Kampaniyada Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar həkim briqadasına Qan Bankının şöbə müdiri Gülarə Abbasova rəhbərlik edib. Həkim briqadası aksiya çərçivəsində donorlara yüksək tibbi xidmət göstərib.

Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024