Mobil versiya
Bakının mənzil bazarında qiymətlər sabitləşəcək
Tarix: 13-06-2016, 11:51 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakının mənzil bazarında qiymətlər sabitləşəcək

“Ən böyük azalma kommersiya obyektləri bazarında olub”.

Bakının mənzil bazarında qiymətlər 2016-ci ilin may ayında faktiki olaraq sabit qalıb.

Aia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sektoru üzrə ekspert Nüsrət İbrahimov bildirib.

Onun sözlərinə görə, dollarda qiymətlər aprel ayı ilə müqayisədə 0,11% azalıb, manatla ifadədə isə qiymətlər dəyişməyib ki, bu da bazarın sabitləşməsinə təsir göstərir:

“İlkin mənzil bazarında qiymətlər manatda orta hesabla 1,04% (dollarda qiymətlər 0,51% artıb) azalıb. Təkrar mənzil bazarında qiymətlər manatda 1,23% (dollarla 1,77% artıb) artıb”.

N.İbrahimov bildirib ki, torpaq sahələrinin qiyməti manatda bir ay ərzində orta hesabla 1,18% dollarda isə 1,72% artıb.

Ən böyük azalma kommersiya obyektləri bazarında olub. Belə ki, qiymətlər manatda 2,15%, dollarda isə 1,62% azalıb.

Ekspertin sözlərinə görə, ilin sonuna qədər daşınmaz əmlak bazarı itirilmiş mövqelərini geri qaytaracaq:

“Daşınmaz əmlak bazarı ilin əvvəli ilə müqayisədə 3% ucuzlaşıb. Hesab edirəm ki, ilin sonuna qədər bazar bu mövqelərini qaytaracaq və daha 2% artacağı istisna olunmur”.



5440 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031