Mobil versiya
Formula-1 zamanı eyvanından baxanlara 900 manat cərimə iddiasına cavab
Tarix: 13-06-2016 | Saat: 10:19
Bölmə:İdman | çapa göndər




Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai "Formula 1” yarışlarının keçiriləcəyi günlərdə ərazidə yaşayan sakinlərin öz evlərinin eyvanından baxmalarına görə 900 manat məbləğində cərimələnəcəklərinə dair iddialara aydınlıq gətirib.

N.Arpadarai deyib ki, ərazidə yaşayan sakinlər öz eyvanlarından yarışı izləyə bilərlər: "Bununla bağlı hər hansı qadağa və cərimə nəzərdə tutulmayıb. Bunun əksini deyənlər isə yalan məlumat yaymaqla məşğuldur”.

Buna abxmayaraq N.Arpadarai cərimənin ola biləcəyini istisna etməyib: "Dövlət qurumları tərəfindən həmin binaların sakinləri ilə bir-bir söhbət aparılıb. Mən bildiyim qədəri ilə vətəndaşlar eyvandan aşağı nə isə qəsdən, təhlükə törətmək məqsədi ilə atacağı təqdirdə cərimə oluna bilərlər. Amma eyvandan oturub yarışa baxmağa görə heç bir qadağa və cərimə yoxdur”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024