Mobil versiya
Bakıda qəbristanlıq yandı
Tarix: 12-06-2016, 20:56 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda qəbristanlıq yandı






Bakının Yasamal qəbristanlığında yanğın baş verib.

Aia.az ANS TV-yə istinadən məlumatına görə, yanğın 500 kv.m sahəni əhatə edib. Hazırda yanğının söndürülməsi üçün yanğınsöndürənlər ərazidə iş aparırlar.

Yanğın təxminən saat 13:20-də baş verib. Qəbristanlıq işçilərinin sözlərinə görə, ərazidə belə yanğınlar tez-tez olur. Çox vaxt qəbir sahibləri ərazidə ilan olmaması üçün quru otları yandırırlar. Bu isə bir çox hallarda belə hadisənin miqyasıın böyüdür.

Yanğının qarşısını almaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından müzafizə xidmətinin Yasamal və Səbail rayon yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb ediliblər. Hüquq mühafizə orqanlarının nümayəndələri də əraziyə nəzarət edirlər.

Yasamal qəbristanlığında bundan əvvəl də bir neçə dəfə yanğın olub. Belə hadisələrdən biri də bir neçə ay əvvəl qeydə alınıb. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin həm Yasamal, həm də Səbail bölməsindən yanğınsönsürən avtomobillər və çoxsayda canlı qüvvəsi cəlb olunub.

İlkin hesablama zamanı alovun iki hektardan çox əraziyə ziyan vurduğu məlum olub.


aia.az



5582 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30