Mobil versiya
Rusiyada saxta spirt istehsal edən azərbaycanlı saxlanıldı - FOTO
Tarix: 10-06-2016 | Saat: 14:06
Bölmə:Cəmiyyət | çapa göndər




Rusiyanın Sverdlovsk vilayətində təxminən 6 min spirtli içki butulkası müsadirə edilib.

Aia.az anspress-ə istinadən xəbər verir ki, spirtli içki biznesini bir azərbaycanlı və onun iki köməkçisi - Sverdlovski sakinləri təşkil edib.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları saxta araq satmağa hazırlaşanları saxlyıb. Onların Sverdlovsk vilayətində böyük anbarı aşkar edilib. Məlum olub ki, saxta araq iki bölgədə - Sverdlovsk vilayətində və Xantı-Mansi muxtar mahalında satılacaqmış.
FTX mətbuat xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşı deyir ki, hadisə ilə bağlı 25 yaşlı azərbaycanlı, 30 və 41 yaşlı Rusiya vətəndaşları saxlanılıb. Onlar anbarda saxta araq və konyak istehsal ediblər. Ərazidə keçirilən axtraışlar nəticəsində 7000-ə yaxın boş butulka, 30000 saxta aksiz markaları və içi dolu çəlləklər götürülüb.

Asayiş keşikçiləri həmin gün daha bir anbarda baxış keçiriblər. Burada artıq butulkalara doldurulmuş 6000 ədəd hazır spirtli içkilər aşkar olunaraq, götürülüb. İstehsalçılar "Stoliçnaya", Çarskaya axota", "Finskaya", Mrnaya", Belenkaya", Zelyonnaya marka", Talka" və s. kimi xalq arasında məşhur saxta markalardan istifadə ediblər.

Hazırda saxta spirtli içki istehsal etdiyi üçün 3 nəfər saxlanılıb və onlar barəsində cinayət işi açılıb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024