Mobil versiya
İlham Mirzəyev azadlığa buraxılıb
Tarix: 09-06-2016 | Saat: 14:28
Bölmə:Dünya | çapa göndər




Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyev azadlığa buraxılıb.

Aia.az "Trend"-ə istinadən xəbər verir ki, İ.Mirzəyev bu gün saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsindən evinə buraxılıb.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.

Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024