Mobil versiya
Azərbaycanın dövlət orqanından “Whatsapp” istifadəçilərinə müraciət
Tarix: 26-08-2015, 15:14 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Azərbaycanın dövlət orqanından “Whatsapp” istifadəçilərinə müraciət

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Whatsapp” istifadəçilərinə müraciət edib


ETM-dən “APA-Economics”ə bildiriblər ki, son günlərdə Azərbaycanın “Whatsapp” istifadəçilərinə xarici ölkələrə məxsus saxta “Whatsapp” hesablarından fırıldaqçı mesajlar gəlməyə başlayıb. “Göndərilən mesajlarda “Whatsapp Ekran görüntüləri və Smayllar Yeniləməsi sizin telefon nömrəniz +994XXXXXXXXX üçün mövcuddur. İndi yeniləyin!” tipli cümlələr və “Bu mətnə klikləyin” tipli məzmunlar öz əksini tapır”, - deyə məlumatda qeyd olunur.

Məlumatda deyilir ki, istifadəçilərin göndərilən mesaja diqqətini cəlb etmək və etibarını qazanmaq üçün fırıldaqçı tərəf əvvəlcə “WhatsApp” adlı qrup yaradır, qurban istifadəçinin nömrəsini həmin qrupa əlavə edir, daha sonra ardıcıllıqla mesaj, şəkil və “contact” göndərir: “Xüsusilə diqqətinizə çatdıraq ki, “Bu mətnin üzərinə klikləyin adlı” məzmuna kliklədikdə istifadəçi veb brauzerdə ardıcıl olaraq bir neçə veb sayta yönləndirilir, daha sonra nömrəsini daxil etməli olduğu veb səhifə açılır. Bu veb səhifələr müxtəlif görünüşdə qarşınıza çıxa bilər”.

ETM-dən bildiriblər ki, istifadəçi öz nömrəsini veb brauzerdə açılan səhifədə qeyd etdikdə o xidmətə qoşulmuş olur və onun nömrə hesabından həm qoşulma üçün, həm də gündəlik olaraq müəyyən miqdarda balans çıxılır. Nəticədə istifadəçilər fırıldaqçılıqla məşğul olan şəxslərin qurbanı olur və xidmət dayandırılanadək gündəlik olaraq müəyyən miqdarda maliyyə itkisi ilə qarşılaşır.

Qeyd edək ki, bəzi hallarda istifadəçi veb səhifədə görünən "Davam etmək", "Yükləyin", "Yükləmək", "Download" məzmunlu düymələrə kliklədikdə telefonun SMS pəncərəsi açılır və göndərmək düyməsinə kliklədikdə istifadəçinin nömrəsindən qısa mesaj göndərilir və istifadəçi xidmətə qoşulmuş olur.

“Elektron Təhlükəsizlik Mərkəzi bütün istifadəçilərə tövsiyə edir ki, bu cür hallarla qarşılaşdıqda ehtiyatlı olsunlar, tanımadıqları və barəsində məlumatlı olmadıqları veb səhifələrdə özlərinə məxsus heç bir fərdi məlumatı daxil etməsinlər. Bura həm mobil nömrə, həm bank kartı məlumatları, həm də digər əhəmiyyətli məlumatlar daxildir. Razılaşmada qeyd olunduğu kimi xidmətə qoşulmuş istifadəçilər "STOP DL" yazıb 6555-ə göndərməklə xidməti dayandıra bilər”, - deyə məlumatda vurğulanıb.



5612 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031