Mobil versiya
Mourinyo dünyanın ən bahalı söyüşünü söydü - FOTO
Tarix: 8-06-2016, 15:00 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Mourinyo dünyanın ən bahalı söyüşünü söydü - FOTO


İngiltərənin "Çelsi" klubunun sabiq, "Mançester Yunayted"in indiki baş məşqçisi Joze Mourinyo təhqir etdiyi qadınla anlaşıb. Daha doğrusu, "Çelsi" və Mourinyonun birgə anlaşmasına görə, klubun sabiq baş həkimi Yeva Karneyroya mənəvi təzminat ödəyəcəklər.
Aia.az The Guardian-a istinadən bildirir ki, anlaşma məhkəmə prosesinə son qoymaq üçündür.
"Klub doktor Karneyronun işdən çıxarılmasına səbəb olmuş hadisələrə görə təəssüfləndiyini bildirir, onun və ailəsinin çəkdiyi əzablara görə səmimi şəkildə üzr istəyir, - "Çelsi"nin açıqlamasında deyilir. - Klubumuzun sabiq baş məşqçisi Joze Mourinyo da doktor Karneyroya komandanın baş həkimi postunda əla işinə görə təşəkkür edir, uğur diləyir".
Ötən ilin payızında Karneyro məhkəməyə şikayətlənərək onun "Çelsi"dən getməyə vadar olunduğunu deyib.
E.Karneyro vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılandan sonra J.Mourinyo ilə münaqişəyə görə klubdan qovulmuşdu.
Mourinyo və Karneyro arasındakı münaqişə "Çelsi"-"Suonsi" matçında yaranmışdı.
Matçın başa çatmasına az qalmış Karneyronun rəhbərlik etdiyi həkim qrupu "Çelsi"nin yarımmüdafiəçisi Eden Azara yardım etmək üçün qaçaraq meydana çıxmışdı.
Mourinyo həkimə portuqal dilində qışqıraraq demişdi: "Fahişənin qızı, qələbəmizə mane oldun!"
Klubdan qovulandan sonra Karneyro klubdan mənəvi təzminat tələb etmiş, Mourinyonu isə "fahişənin qızı" (filha da puta) söyüşünə görə tərbiyəsizlik və diskriminasiyada suçlamışdı.



5718 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30