Mobil versiya
Əziz Əzizovun "taxta biznesi" də varmış
Tarix: 08-06-2016 | Saat: 12:30
Bölmə:Manşet | çapa göndər




Məlum olduğu kimi Cəlilabadın icra başçısı iri şəbəkəli biznes sahibidir. Onun bir neçə yerdə binalar tikdirdiyi,çorək zavodlarının olduğu,mebel sexlərinin sahibləndiyi qeyd olunur.Həmçinin icra başçısı kimi səlahiyyətlərindən istifadə edib Cəlilabadda meşələri kəsdirib satdırıdığı söylənilir.Ona bu işdə müavini Vidaqdi Dövlətov dəstək olur.

Cəlilabad müşələrini məvh edən tandem böyük sahibkarlıq faliyyətilə məşğul olurlar. Hər il yanacaq məqsədi ilə məhv edilən meşələrdən yüzlərlə maşın odun çıxarılır. Əhaliyə və təhsil şöbələrinə satılan həmin odunlardan isə külli miqdarda gəlir götürülür.

Belə ki, hazırda rayonda bir maçın odunun qiyməti 350 manatdır.Redaksiyamıza daxil olan məlumatda o da deyilir ki, Cəlilabad Meşə Təsərrüfatı və Bərpası İdarəsinin rəhbərliyi bunu özünə əsl biznes seçib. Amma onun arxayın şəkildə hərəkət etməsi səsbəbsiz deyil. İddialara görə, idarə müdirinin sərbəst hərəkət etməsini şərtləndirən başlıca amil onun icra başçısı Əziz Əzizovla bu işdə ortaq olmasıdır. Məlumatlara görə, Əziz Əzizov hər ay Cəlilabad Meşə Təsərrüfatı və Bərpası İdarəsinin müdirindən 3000 manat "haqq” alaraq, baş verənlərə göz yumur.

Mövzu ilə bağlı əməkdaşlarımız Cəlilabad rayonundadır. Yaxın günlərdə aparılan araşdırma ilə bağlı geniş reportajı oxuculara təqdim edəcəyik.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024