Mobil versiya
BQXK nümayəndələri azərbaycanlı girovlara baş çəkdilər
Tarix: 26-08-2015 | Saat: 14:12
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Qarabağda.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı nümayəndələri avqustun 20-də azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkiblər.

Aia.az xəbər verir ki, bu barədə BQXK-nin Dağlıq Qarabağdakı missiyasının nümayəndəsi Eteri Musaelyan news.am saytına məlumat verib.

“Baş çəkmə zamanı onlara ailə xarakterli məlumat mübadiləsi imkanı təqdim olunub. BQXK mandatına uyğun olaraq, həbsdə olanlara münasibət və onların saxlanma şəraitini monitorinq etmək və həmçinin onların ailələri ilə əlaqə saxlamasını dəstəkləmək məqsədilə mütəmadi olaraq onlara baş çəkəcək”, - E. Musaelyan deyib.

Xatırladaq ki, separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024