Mobil versiya
Bakıda “Lexus”da huşsuz vəziyyətdə tapılan qız komadan çıxdı
Tarix: 26-08-2015 | Saat: 14:00
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


22 yaşlı oğlan ölüb.

Bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda O.Salamzadə küçəsində huşsuz vəziyyətdə tapılan 19 yaşlı qızdan yeni xəbər var.

Aia.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, həmin küçədəki çoxmərtəbəli binanın həyətindəki qarajda “Lexus” markalı avtomobilin salonunda tapılaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.T 4 gün komada qaldıqdan sonra ayılıb.

Bir çox mütəxəssislər gənc qızın bu vəziyyətdə komadan çıxmasını tibbi heyətin uğuru kimi dəyərləndirib. R.T komadan çıxdıqdan sonra ambulator müalicəyə yazılıb və evə buraxılıb.

Qeyd edək ki, avqustun 18-də saat 01:30 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 22 yaşlı L.Y evlərinin qarşısındakı qarajda olan “Lexus” markalı avtomobilindən R.T ilə birlikdə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Gənc oğlan xəstəxanada ölüb, R.T-nın vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.

Hadisəyə qapalı şəraitdə saxlanılan avtomobilin kondisionerinin salona vurduğu qazın səbəb olduğu bildirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024