Mobil versiya
Tahir Mirkişili: “Almanlar gözəl bilir ki…”
Tarix: 03-06-2016 | Saat: 12:41
Bölmə:Manşet | çapa göndər



Bir az öncə Almaniya parlamentinin deputatları ilə söhbət zamanı bu gün nə etdiklərini anladıqlarını soruşan zaman bəlli oldu ki, “erməni soyqırımı” adından başqa heç nədən xəbərləri yoxdur.” Bu fikirləri Almaniyanın paytaxtı Berlində səfərdə olan millət vəkili Tahir Mirkişili səsləndirib.

ATƏT-in təşkilatçılığı ilə keçirilən “Təhlükəsizlik sektorunda parlament nəzarəti və ATƏT-in davranış kodeksi” mövzusunda konfransda iştirak edən millət vəkili qeyd edib ki, bu o deməkdir ki, bu qərar sadəcə bir erməni məsələsi deyil, daha uzağa hesablanmış, bölgənin xəritəsini dəyişməyə hesablanmış geniş bir planın tərkib hissəsidir: “Yoxsa hamıya bəllidir ki, kim olmasa da, almanlar gözəl bilir ki, həmin tarixdə heç bir soyqırım olmamışdır. Çünki II Abdulhamid zamanından etibarən Osmanlı ordusunu almanlar idarə edirdi və üstəlik Erməni Təhciri (yəni köçürülməsi) həmin Osmanlının ordu başqanı alman general Bronsart von Schellendorfun qərarı idi. Məqsəd də Bağdad dəmir yolunu ruslardan qorumaq idi. Әnvər paşa sadəcə icraçı idi. Müharibə ilə bağlı qərarlar Berlində verilir, Bronsart paşa təlimat verir, İttihadi Tərəqqi hökuməti də icra edirdi. Üstəlik, alman generalın bu barədə etirafları elə 1921-ci ildə yayımlanan alman qəzetində varkən, Almaniyanın bu qərarı qəbul etməsi reallıqlardan və tarixdən nə qədər uzaq düşdüklərini göstərir. Ayrıca köçürülmə qərarında alman general Goltzhun da imzası var. Ortada hansısa iş varsa, ortaqsınız, etiraz edirsinizsə, 101 ildir açmadığınız arxivi açın , kimin hansı məsələdə günahı nə qədərdir bilinsin.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024