Mobil versiya
Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizsə... YOLLARI
Tarix: 01-06-2016 | Saat: 13:36
Bölmə:Media | çapa göndər



“Onu qısqandırsam, mənə geri dönər”, - deyə düşünməyin. Dönməz. Ya da dönər, ancaq çox uzun müddət qalmaz. Onun yerinə daha təsirli bir qısqandırma taktikasını seçin. Ətrafınızda onun tanımadığı kişi dostlarınız olsun, lakin sevgi münasibətlərinə keçməyin. Bu yeni kişi dostlarınızla fotoşəkillər paylaşmayın. Təbii yollarla yeni dostlarınız olduğunu görməsini təmin edin. Və gəlməsini gözləyin.


Dəyişin

Əlaqələrinizin bitməsində yəqin ki, sizin də payınız olub. Bunları özlüyünüzdə aydınlaşdırdıqdan sonra çatışmayan xüsusiyyətlərinizi dəyişin. Məsələn, yenidən söhbət etməyə başladınızsa və əvvəllər çox israrçı olmusunuzsa, bu dəfə onu öz fikri ilə baş-başa qoyun, üstünə getməyin. Sizə hər dəfə mesaj yazanda anında cavab verməyin, ondan da cavab gözləməyin.


Əlaqə saxlayın

Hələ söhbət etməyə başlamamısınızsa, demək, ilk addımı atmanın zamanı gəlib. Əgər görüş təyin etmisinizsə, mütləq dəyişdiyinizi ona göstərin. Əlbəttə, bu o demək deyil ki, makiyaj qutusuna girin. Dəyişmə deyərkən həm fiziki, həm də ruhi dəyişiklikdən söhbət gedir. Daha əvvəl etmədiyiniz tərzdə makiyaj edin, yeni tərz paltarlar geyinin və danışığınızla ona dəyişdiyinizi göstərin. Görüşü mümkünsə çox uzatmayın və əsla gecəni birlikdə keçirməyin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə