Mobil versiya
Kəsdikləri ağac yoldan keçən avtomobilin üzərinə aşdı: sürücü öldü - YENİLƏNİB
Tarix: 30-05-2016 | Saat: 21:26
Bölmə:Gündəm | çapa göndər

Kəsdikləri ağac yoldan keçən avtomobilin üzərinə aşdı: sürücü öldü - YENİLƏNİB






Fərdi təsərrüfatda mövcud olan qovaq ağacını kəsib gəlir əldə etmək niyyəti Şəmkir sakinlərinə baha başa gəlib.

AIA.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ağacı kəsərkən ani diqqətsizlik yolla hərəkət edən sürücünün ölümünə səbəb olub.

Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlovla Rafiq Məmmədov kənd sakini Məhruqə Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik qovaq ağacını qarşılıqlı razılıq əsasında kəsiblər. Tərəflər prosesi həyata keçirən zaman isə bədbəxt hadisə baş verib. Ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə düşüb. Rasif İsmayılov hadisə yerində ölüb.

Rəcəb Hacıyev - Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi: "Qovaq ağacını kəsib, kəndarası yolun üstünə yıxan zaman, həmin torpaq yolunda hərəkətin məhdudlaşdırılması üçün heç bir təhlükəsizlik tədbiri görülməyib. Ona görə də həmin vaxt Şəmkir rayonunun Mehirli kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Rasif Əsgər oğlu idarə etdiyi "VAZ-2106" markalı 57 BX 694 dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidən keçdiyi vaxt, kəsilən qovaq ağacı avtomobilin üzərinə düşüb. Rasif İsmayılov aldığı açıq kəllə-beyin travması ilə hadisə yerindəcə ölüb".

Ölən şəxsin qardaşı Kərəm İsmayılovun sözlərinə görə, hadisədən bir neçə dəqiqə sonra xəbər tutub. O, qardaşının təhlükəsizlik qaydlarına əməl edilməməsinin qurbanı olduğunu deyir.

Kərəm İsmayılov - mərhumun qardaşı: "Qovağı kəsənlər məsuliyyətsiz hərəkət ediblər. Ağac düz maşının üstünə düşüb. Yola nişan qoyulmalı idi. Və yaxud da adam qoyulub, məlumat verilməliydi. Heç bir tədbir görməyiblər".

Hadisənin törədilməsində şübhəli bilinən Kamal Bədəlov və Rafiq Məmmədov şübhəli şəxs qismində saxlanılıblar. Fakta görə başlanılan cinayət işinin istintaqı davam etdirilir.

--------

13:13

Şəmkir rayonunda üzərinə kəsilən ağac düşən şəxs ölüb.

Aia.Az DİN-in saytına istinadən bildirir ki, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsiblər. Həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024