Mobil versiya
Prosineçki: "Öz Almeydamızı və Reynaldomuzu yetişdirək"
Tarix: 29-05-2016 | Saat: 12:45
Bölmə:İdman | çapa göndər

Prosineçki: "Öz Almeydamızı və Reynaldomuzu yetişdirək"





Avstriyada təlim-məşq toplanışda olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki qol.az saytının əməkdaşının suallarını cavablandırıb.

Xorvatiyalı mütəxəssis komandanın hazırkı durumu, bu gün Makedoniya ilə keçiriləcək yoldaşlıq oyunu haqda danışıb.

- Komandada son durum necədir? Bugünkü oyuna motivasiya necədir?

- Bugünkü oyuna motivasiya yetəri qədər yüksəkdir. Düşünürəm ki, futbolçulara bu oyunun əhəmiyyəti barəsində nəsə xüsusi bir şey danışmağa gərək yoxdur. Daha əvvəl Makedoniya ilə milli səviyyəsində 5 oyun olub ki, onun 4-də biz məğlub olmuşuq, birində isə heç-heçə qeydə alınıb. Birinci növbədə yaxşı oyun göstərmək istəyirik. Komandam hazırda tam heyətlə çalışır, "Neftçi" və "Qarabağ"ın oyunçuları toplanışa qoşuldular. Makedoniya güclü komandadır. Bir neçə oyunçuları İtaliyada oynayır, yaxşı gəncləri var. Bilirik ki, bizi çətin matç gözləyir.

- Bugünkü oyunda qeydə alınacaq heç-heçə uğurlu nəticə sayılacaqmı?

- Mənim üçün nəticə vacib deyil. Əlbəttə, heç kim qələbədən imtina etməz, ancaq bu toplanışdır - yoxlama və sınaqlar seçmə mərhələyə hazırlıq üçündür. Əsas vacib olan "DÇ-2018"in seçmə mərhələsində ilk matçda San-Marinoya qalib gəlməkdir.

- Böyük klublarda çıxış etmiş bir keçmiş futbolçu kimi, Prosineçki "Xəzər Lənkəran" kimi bir klubun dağılması haqda nə deyə bilər?

- Son vaxtlar bir çox klublarımızda maliyyə problemləri yaşanır ki, buna görə də çempionatın səviyyəsi aşağı düşüb. Mən Azərbaycana gələndə tamamilə fərqli "Neftçi" və "İnter" gördüm. "Xəzər Lənkəran"ın olmaması Azərbaycan futbolu üçün böyük itkidir. Ümid edirəm ki, maddi vəziyyət düzələcək və hər şey yaxşılığa doğru dəyişəcək. "Qarabağ" bu mövsüm rəqabətsiz və öz oyununu göstərə bilməyərək çempion oldu.

- Növbəti mövsüm böyük ehtimalla 8 komanda ilə keçiriləcək. Sizcə, hansı reqlamentdən istifadə olunmalıdır?

- Birinciliyin səviyyəsi qalxsa, bu, milliyə də yaxşı təsir edəcək. Mənim üçün çempionatın səviyyəsi çox önəmlidir. İstərdim ki, gələn mövsüm 10 komandalıq birincilik izləyək. Hansı formatda olacağı haqda mən nəsə deyə bilmərəm, əsas odur ki, səviyyə qalxsın.

- Azərbaycanda çıxış edən legionerlərin milliləşdirilməsi barədə sizin fikirləriniz necədir?

- Milliləşdirmə asan yoldur. Əlbəttə, əgər əcnəbilərdən kimsə millini gücləndirə biləcəksə, bu, yaxşı olar. Ancaq gəlin uşaq futboluna diqqət ayıraq. Öz Almeydamızı və Reynaldomuzu yetişdirək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə