Mobil versiya
"Qarabağ" üçün tarix yazmaq, "Neftçi" üçün bəraət şansı - YENİLƏNİB
Tarix: 25-05-2016 | Saat: 20:15
Bölmə:İdman | çapa göndər

"Qarabağ" üçün tarix yazmaq, "Neftçi" üçün bəraət şansı - YENİLƏNİB


20:01

aia.az xəbər verir ki, Azərbaycan Kubokunun final oyunu başlayıb.

"Qarabağ" - "Neftçi"

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Alharbi Eljadeuri, 91. Coşqun Diniyev, 99. Muarem Muarem

Baş məşqçi: Qurban Qurbanov

"Neftçi": 1.Aqil Məmmədov, 26.Kamal Qurbanov, 4.Rahil Məmmədov, 95.Elvin Bədəlov, 3.Jairo, 27.Məqsəd İsayev, 15.Erik Ramos,17.Rəhman Hacıyev, 11.Ruslan Qurbanov, 8.Elşən Abdullayev, 7.Araz Abdullayev (k)

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 5. Melli, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 41. Aqşin Qurbanlı

Baş məşqşi: Vəli Qasımov

-----------

09:15

Bu gün Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

aia.az apasport.az-a istinadən xəbər verir ki, bu qarşılaşma ilə ölkəmizdə 2015/16 mövsümünə yekun vurulacaq.

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran "Qarabağ" "Neftçi" ilə oynayacaq. Ötən il olduğu kimi bu mövsümü də qızıl dublla başa vurmaq istəyən ağdamlılar bunu bacarsalar, həm də ilkə imza atmış olacaqlar. Belə ki, Azərbaycan birinciliyində hələ heç bir komanda ardıcıl iki dəfə bu uğuru qazana bilməyib.

Ümumilikdə isə əgər bu, gerçəkləşsə, "Qarabağ" tarixində üçüncü dəfə qızıl dubl etmiş olacaq.

"Neftçi" isə ardıcıl 5-ci dəfə çıxış edəcəyi həlledici matçı qələbə ilə başa vurmaq və mövsümü titulla yekunlaşdırmaq istəyir. Bu, həm də bərbad mövsüm keçirən "ağ-qaralar"ın azarkeşləri qarşısında bəraət şansı ola bilər.

Əgər paytaxt klubu bunu bacarıb özünün 7-ci ölkə kubokunu qazana bilsə, Vəli Qasımov da məşqçi karyerasının ilk mükafatını qazanmış olacaq. Əks halda isə Qurban Qurbanov 3-cü dəfə sevinəcək.

Azərbaycan Kuboku
Final
25 may (çərşənbə)

20:00. "Qarabağ" - "Neftçi"

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq Bəhramov adına Respublika stadionu

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024