Mobil versiya
Azərbaycanlı 100 ildən sonra qohumlarını tapıb
Tarix: 25-08-2015, 01:04 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Seçilənlər-6 / Manşet2 | çapa göndər

Azərbaycanlı 100 ildən sonra qohumlarını tapıb

"Nəhayət, illərlə çəkdiyim ağrı-acıya, həsrətə son qoyuldu"

Azərbaycan vətəndaşı 100 ildən sonra qohumlarını tapıb.

Aia.az "report"a istinadən xəbər verir ki, qohumlarını uzun müddətdən sonra tapan şəxs hazırda Goranboy rayonu, Xoylu kəndində yaşayan Müzəffər İsmayılovdur.

M.İsmayılovun atası Hətəm İsmayılov 1915-ci ildə Dərələyəz mahalının Canı kəndindən qaçqın düşüb.

Onun ailəsi, o cümlədən əmiləri Alşan, Tahir, Vilayət 1915-ci ildə erməni talanları nəticəsində ata-baba yurdlarından didərgin düşüblər. Həmin vaxtdan bütün nəsil Azərbaycanın müxtəlif bölgələrinə səpələnib. Lakin M.İsmayılov hər zaman qohumlarını axtarıb tapmağa çalışıb. "Xocalının səsi" qəzetinin redaksiyasına müraciət edən Müzəffər İsmayılov qəzet sayəsində uzun axtarışlardan sonra əmisi uşaqları Yaşar, Zahid, Küşvarə, Dürdanə və Həqiqətin bir müddət Şuşa rayonunun Malıbəyli kəndində yaşadıqlarını müəyyənləşdirib. Sonra isə onların Abşeron rayonunun Novxanı kəndində məskunlaşdıqlarını öyrənib.

"Nəhayət, illərlə çəkdiyim ağrı-acıya, həsrətə son qoyuldu - əziz qohumlarıma qovuşdum", - M.İsmayılov bildirib.



5444 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
20-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031