Mobil versiya
Dünyanın ən gözəl əlilləri
Tarix: 24-08-2015, 23:58 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Manşet2 / Karusel | çapa göndər

Dünyanın ən gözəl əlilləri




Fiziki imkanları məhdud olan insanlar da həyatdan zövq almağı bacarırlar. Axı, bu gün tibb çox inkişaf edib. Hazırda “3D” printerin köməyi ilə insanlar, hətta heyvanlar üçün çox asanlıqla protez düzəltmək mümkündür.

AZƏRTAC “Relax” informasiya portalına istinadla xəbər verir ki, Nyu-York moda həftəsinin ən yaddaqalan məqamlarından biri “FTL Moda” brendinin nümayişi olub. Dizayner Antonio Urzi nümayişi “Loving You” adlandırıb. Podiuma fiziki imkanları məhdud olan modellər çıxıblar. Kolleksiyanın futuristik istiqaməti, parıldayan parçaların və metal elementlərin bolluğu öz işini görüb. Əlil arabaları ümumi üsluba məharətlə uyğunlaşdırılıb, protezlər isə görünməz olub.

Bu nümayişlə dəbdə inqilab yaradan Antonio Urzinin sözlərinə görə, “Loving You” kolleksiyasının nümayişi onurğa beyin xəstəliklərini öyrənən İtaliyanın “Fondazione Vertical” Elmi Araşdırmalar Fondu ilə birlikdə təşkil edilib.
Ayağı amputasiya edilmiş britaniyalı məşqçi Cek Ayrs moda həftəsinin podiumuna çıxmaq imkanı verilən ilk kişi modeldir. C.Ayrs ayağını 16 yaşında itirib. Amputasiyaya budun anadangəlmə proksimal zədələnməsi səbəb olub.

Ayağı olmayan ikinci model Viktoriya Modesta dünyada ən çox istənilən modellərdən biridir. İyirmi dörd yaşlı model və müğənni Londonda Paralimpiya Oyunlarının bağlanış mərasimində iştirak edib. Bütün əlil idmançıların ulduzu sayılan V.Modestanın ayağındakı protez sanki buna işarə edir: “Baxın, mən özümlə qürur duyuram, özümə vurğunam”. Parlaq daşlarla bəzədilmiş, diz oynağı şəffaf olan protez də estetik çağırışdır: “Kim deyib ki, protez ayağa bənzəməlidir”.
Dünyanın ən gözəl əlilləri
Dünyanın ən gözəl əlilləri
Dünyanın ən gözəl əlilləri
Dünyanın ən gözəl əlilləri



5479 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-08-2019
22-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031