Mobil versiya
Azərbaycan taekvondoçuları 3 medal qazanıb
Tarix: 22-05-2016 | Saat: 20:26
Bölmə:İdman | çapa göndər

Azərbaycan taekvondoçuları 3 medal qazanıb






İsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Yarışın sonuncu günü kişilərdən ibarət yığma komandamızın iki üzvü - Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq+)

Xorvatiyalı Nikola Bojo, fransalı MBar NDiaye və Britaniya idmançısı Damin Samsunu məğlub edən Payam Qobadi Oğaz yarımfinalda rusiyalı Vladislav Larinlə qarşılaşıb. Finala vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənib. Radik İsayev isə elə ilk döyüşündə ukraynalı idmançı Mixailo Şelestə minimal hesabla (4-5) məğlub olaraq çempionatı tərk edib. Beləliklə, komandamız 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatında 3 medal qazanıb.

Qeyd edək ki, yarışın əvvəlki günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) isə gümüş medal əldə edib. Avropa çempionatında ölkəmizi hakim qismində Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024