Mobil versiya
Yeni dövlət komitəsinin yaradılması təklif edilir
Tarix: 22-05-2016 | Saat: 14:27
Bölmə:Karusel | çapa göndər

Yeni dövlət komitəsinin yaradılması təklif edilir





Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycanda Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsinin yaradılmasını təklif edib.

AMEA-nın Rəyasət Heyətinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədr müavini, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini Bəhram Zahidovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu üçün hazırladığı məqalədə əksini tapıb.

"Narkobiznes qlobal təhlükə yaradir" başlıqlı məqalədə qeyd edilib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəni səmərəli təşkil etmək üçün dünyanın bir çox ölkələrində olduğu kimi, mərkəzi icra hakimiyyəti statuslu orqanın - Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsinin yaradılması təmin edilməlidir. Eyni zamanda "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" yeni qanun hazırlanmalı və Cinayət Məcəlləsində nəzərdə tutulan tərkiblərin yenidən formalaşdırılması daha da dəqiqləşdirilməli və səhih differensiasiya aparılmalıdır. Bu zaman əsas diqqət xəstə narkomanların deyil, narkotiklərin qanunsuz istehsalı və satışı ilə məşğul olanların məsuliyyət məsələsinin həll edilməsinə, narkotiklərin miqdar göstəricilərinin dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilməsi zəruridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024