Mobil versiya
Nazirlik gecikdirilmiş maaşları ödətdirdi
Tarix: 13-08-2015 | Saat: 13:12
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Əsasən sahibkarlıq subyektləri maaşları gecikdirir.

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib

Aia.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin iyul ayında işəgötürənlər tərəfindən ümumilikdə 14693 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 88,8 faizi (13053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında Xidmətin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504095 manat təşkil edib.

Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024