Mobil versiya
Milli Məclis Mehriban Əliyevanın müraciəti ilə amnistiya aktı qəbul edib
Tarix: 20-05-2016 | Saat: 13:22
Bölmə:Gündəm | çapa göndər





Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

Aia.az Trend-ə istinadən bildirir ki, iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə edilən müraciət müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Qeyd edək ki, bu, Mehriban Əliyevanın amnistiya aktı ilə bağlı Milli Məclisə 4-cü müraciətidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024