Mobil versiya
Hansı müəssisələr özəlləşdiriləcək?
Tarix: 20-05-2016 | Saat: 13:10
Bölmə:Gündəm | çapa göndər




Xəbər verdiyimiz kimi, ölkə prezidenti dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman verib.

Fərmanın məqsədi ölkə iqtisadiyyatının rəqabətliliyinə, geniş sahibkarlıq təbəqəsinin formalaşmasına, habelə iqtisadiyyatda özəl sektorun xüsusi çəkisinin artmasına yardım etməkdir. Fərmanda göstərilir ki, Nazirlər Kabineti (NK) "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" yeni qanun layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir. NK bu işi görərkən özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə almalıdır.

Aia.az bildirir ki, iqtisadçı-alim Qubad İbadoğlu sözügedən fərmanı aznews.az-a şərh edib. Onun sözlərinə görə, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ən yaxşı halda avqustda açıqlanacaq: "Fərmanda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərinin hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunması qeyd olunub. Bu isə o deməkdir ki, özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə ən yaxşı halda bu ilin avqust ayında tanış ola biləcəyik".

Q.İbadoğlunun fikrincə, mövcud qanun layihəsini təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənin yeni, 3-cü mərhələsinin hüquqi bazasını formalaşdırmaq mümkün idi: "Hazırda özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi yeni mərhələnin aparıcı xəttini təşkil etməlidir. Digər tərəfdən də nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr əsasən kommunal, rabitə və enerji sektorunun iri müəssisələridir, bu halda da onların özəlləşdirilməyə açıq elan edilməsi prezidentin fərmanları ilə olmalıdır. İstənilən halda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə tanış olmaq çox maraqlı olardı. Çünki həm siyahı və həm də özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məsələləridir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024