Mobil versiya
Seksdən doymayan qadının xəstəliyi: nimfomaniya
Tarix: 19-05-2016 | Saat: 16:13
Bölmə:Media | çapa göndər




Sadəcə qadınlarda görülən və sosial həyatın darmadağın olmasına səbəb olan bu xəstəlik cinsi aclıq və güclü cinsi istək olaraq ortaya çıxır. Aile.lent.az nimfomaniyanın detallarını təqdim edir.

Nimfomaniya nədir?

Yunanca nymphe (qız) və mania (dəlilik) kəlmələrinin birləşməsindən meydana gələn nimfomaniya qadınlarda həddən artıq cinsi istəyə verilən addır. Nimfomaniyanın əlamətləri cinsi əlaqədən doymamaq, ya da gücdən düşənə qədər edilən masturbasiyadır.

Nimfomaniya bir çox insanın zənn etdiyi kimi, tez-tez cinsi dəyişiklik axtarmaq, ya da cinsi istəyin güclü olması mənasında istifadə edilən kəlmə deyil. Ancaq insanın arzusu və gücü cinsi istəyin şiddətini artıra bilər. Cinsi dəyişiklik istəyi də yenə insanın öz arzu və istəyinə bağlıdır.

40 il əvvəl nimfomaniya cinsi əlaqədən dərhal, ya da qısa müddət sonra yenidən oyanan cinsi istək kimi adlandırılıb.


Nimfomaniyaya nə səbəb olur?

Nimfomaniyaya yol açan səbəblərdən biri hormon pozuntusu ola bilər. Xərçəng ucbatından androgen müalicəsi alan qadının cinsi istəyi gözlənməyən səviyyədə arta bilər. Nimfomaniya olan qadınların sinirləri çox həssas olur, onlar istək və həyat yoldaşının əsiri olurlar.

Tamamilə psixoloji hal kimi də qəbul edilən nimfomaniyanın digər əsas səbəbləri də var. Nimfomaniya psixi narahatlıq olsa da, irsi, orqanik beyin xəstəlikləri, daxili sekresiya vəzilərinin nizamsızlığı ilə bağlı səbəblərdən də dolayı ortaya çıxır.


Messalina kompleksi

Nimfomaniya qadında cinsi daşqınlıq deməkdir. Nimfomaniya tabuları nəzərə almaz. Onun üçün əsas məqsəd bir kişi ilə yatmaqdır. Tipinə uyğun olmasa belə, hər təbəqədən olan kişiyə “hə” deyir.

Roma imperatoru Klavdinin xanımı Messalinanın hər gecə fərqli kişilərlə yatdığı, buna görə dondan-dona girərək, insanlar arasında gəzdiyi tarixdə qeyd olunub.

Nimfomaniya qadına özünə nəzarət etməyə imkan vermir, hətta seksual istəyi oyanan kimi hər gördüyü kişi ilə yatanlar da var.


Nimfomaniyanın əlamətləri

Həmişə seks və cinsi istək üzərində qurulan duyğular

İstək oyanan kimi edilən masturbasiya

Kimlə gəldi cinsi yaxınlıq etmək

Nəzarətini itirmək

Təkrarlanan uğursuz yaxınlıqlar


Nimfomaniyanın zərərləri

İnsanın bütün sosial həyatı münasibətlərinə təsir edir. İnsanın tək məqsədi sevişməkdir. Sevgilisi ilə ünsiyyəti pozulur. Tez-tez çox uğursuz münasibətləri olur. İnsanın fərqli cinsi xəstəliklərə yoluxma riski də yüksəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024