Mobil versiya
Saxta yuyucu vasitələrin istehsalı və satışı ilə məşğul olan obyekt aşkarlandı
Tarix: 19-05-2016 | Saat: 14:41
Bölmə:Gündəm | çapa göndər




Göyçay rayonunun Çayarxı kəndində saxta yuyucu vasitələrin istehsalı və satışı ilə qanunsuz məşğul olan sex və anbar aşkar edilib.
Aia.az APA-ya istinadən bildirir ki, polis əməkdaşları Göyçay rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədov Mehman Kamal oğluna məxsus həyətyanı sahədə istehsal sexi və anbarın qanunsuz şəkildə fəaliyyət göstərdiyini müəyyən edib.

Göyçay Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin anbara və sexə baxış keçirilib, orada ümumilikdə 4900 ədəd üzərində "Palma" yazılan yuyucu vasitələr aşkar edilərək götürülüb.

Məlum olub ki, müxtəlif çeşiddə yuyucu vasitələr istehsal edən sex və anbarda heç bir lisenziya və digər rəsmi sənədləşmə işləri görülmədən fəaliyyət göstərir. Orada keyfiyyət sertifikatları olmayan məhsullar istehsal edilərək Göyçay və ətraf rayonların mağazalarına satılır. Rayonda saxta məhsulların istehsalı və satışı zamanı həm də istehlakçıların hüquqlarının pozulması faktı kimi nəzarətə götürülüb. Aşkar edilən yuyucu vasitələrin insan sağlamlığı üçün ziyanlı olub-olmaması ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024