Müəllimin zorladığı məktəbli qız Bakıya gətirilir
Tarix: 19-05-2016, 11:10 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Müəllimin zorladığı məktəbli qız Bakıya gətirilir

Şamaxının Pirbəhli kəndində müəllimin öz şagirdini zorlaması ilə bağlı yayılan xəbərlər hələ də ictimaiyyətin müzakirəsindədir.

Xәbәr verdiyimiz kimi "Tәmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rәhbәri Mehriban Zeynalova hamilә qalan azyaşlı qıza psixoloji dәstәk
göstәrilmәsi üçün sığınacağa gәtirilmәsi ilә bağlı Şamaxı Rayon İcra Hakimiyyәtinin başçısı Asif Ağayevә elektron mәktubla müraciәt
ünvanlamışdı.

Mәktubda deyilir ki, Pirbәhli kәnd 9 illik kәnd ümumi orta mәktәbindә tәhsil almış 15 yaşlı qızın başına gәlәnlәrdәn xәbәrdardırlar. Baş vermiş
hadisә ilә bağlı hәr hansı ittiham etmәk niyyәtlәri yoxdur. Müraciәt etmәkdә mәqsәd hәmin qızın tәşkilatın 16 ildәn artıq fәaliyyәt göstәrәn
sığınacağına göndәrilmәsidir. Hәmin sığınacaqda xanıma bütün yardım vә dәstәklәr tәklif edilәcәk. Baş vermiş hadisәnin mәtbuatda müxtәlif
versiyalarla sәslәnmәsinin qarşısını yalnız peşәkar psixoloji yardım dayandıra bilәr. İcra başçısına ünvanlanan müraciәtdәn üç gün keçmәsinә
baxmayaraq tәşkilat rәhbәrinә hәlәki konkret cavab verilmәyib.

"Tәmiz Dünya” Qadınlara İctimai Birliyinin rәhbәri Mehriban Zeynalova deyib ki, yazılı müraciәtdәn sonra Şamaxı Rayon İcra Hakimiyyәti ilә әlaqә
yaradıb: "Mәnә bildirdilәr ki, qızın valideynlәri ilә danışıb, mәsәlә barәdә onlara bildirilәcәk. Әgәr qızın sığınacağa yerlәşdirilmәsi üçün razılıq
versәlәr, koordinatlarımızı ailәyә tәqdim edәcәklәr. Amma o vaxtdan hәlә xәbәr yoxdur. Amma mәn özüm real vәziyyәtә baxmaq üçün Şamaxıya
gedәcәyәm vә çalışacağam ki, qızın özü ilә görüşüm.Görüm vәziyyәt nә yerdәdir. Çünki İcra Hakimiyyәtindәn konkret reaksiya yoxdur”. Tәşkilatın
ünvanladığı müraciәtә cavab verilmәsi ilә bağlı Şamaxı Rayon İcra Hakimiyyәti ilә әlaqә saxladıq. İcra Hakimiyyәtinin İctimai-siyasi vә
humanitar mәsәlәlәr şöbәsinin müdiri Gülnisә Әlәkbәrova "Tәmiz Dünya” Qadınlara Yardım İctimai Birliyini qızın ailәsi ilә әlaqәlәndirdiklәrini
bildirdi. Hamilә azyaşlının sığınacağa yerlәşdirilmәsinә razılıq verilibverilmәmәsi barәdә suallarımızı cavablandırmayan Gülnisә Әlәkbәrova ilә
növbәti әlaqә yaratmaq cәhdi isә baş tutmayıb. Qeyd edәk ki, Şamaxının Pirbәhli kәndindә tarix müәllimi işlәyәn Elnur İbrahimovun 9-cu sinif
şagirdini zorlaması nәticәsindә mәktәbli qız hamilә qalıb.



5638 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}