Mobil versiya
Bakıda avtobus sürücüsü döyüldü
Tarix: 19-05-2016 | Saat: 10:43
Bölmə:Cəmiyyət | çapa göndər




Binə qəsəbəsi Badam bağları adlanan ərazidə avtobus sürücüsü döyülüb. Hadisəni elə adı çəkilən ərazi sakinləri törədiblər. Zərərçəkmişin dedikləri isə əsl döyüş filmlərini xatırladır.

Aia.az anspress-ə istinadən bildirir ki, ANS TV-nin verdiyi məlumata görə, 30 yaşlı Niyaməddin Əliyev adəti üzrə qəsəbə daxili xidmətdə olub. "İveco" markalı avtobusla sərnişin daşıyan zərərçəkənin dayanacaqda mübahisəsi düşüb. "Lexus" markalı minik avtomobilində olan Niftulla və Rüstəm adlı şəxslər avtobusun sürücüsü ilə mübahisə ediblər. Zərərçəkən Niyaməddinin iddiasina görə, onlar sərxoş olublar. Avtobusdan "Lexus"a yol verməsini istəyiblər. İki nəqliyyat sürücüləri arasında söz mübahisəsi yaşanıb. Niftulla öz avtomobiliylə avtobusu sıxışdıraraq onu yoldan çıxarıb. Avtobus isə yalnız qaz borularına dəydikdən sonra dayanıb. Əsəbi bununla soyumayan şəxslər son olaraq avtobus sürücüsünə bir neçə yumruq zərbəsi də endiriblər.

Üz nahiyəsindən zərbə alan avtobusun sürücüsü onlar ərazidən uzaqlaşdıqdan sonra özünə gəldiyini deyir. Ayılan kimi isə ağlına gələn ilk hərəkət polisə məlumat vermək olub. Hadisə 2-ci polis bölməsində araşdırılır. Bölmənin təhqiqatçısı Telman Camalov şifahi olaraq bildirdi ki, zərərçəkən həkim yoxlamasından keçdikdən, həmçinin hadisədə adları hallanan şəxslərin ifadələri alındıqdan sonra toplanılan materiallar əsasında araşdırmalar aparılacaq. Xəzər Rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işinin başlanması da istisna edilmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə