Mobil versiya
Azərbaycanda deputat köməkçisi qəzada öldü
Tarix: 11-08-2015 | Saat: 15:26
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Azərbaycanda deputat köməkçisi qəzada öldü
Qəzaya uğrayan “Qazel”in içindəki qarpızlar yola tökülüb.
Salyan rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xıdırlı kəndi ərazisində “Opel” markalı avtomobil içi qarpızla dolu olan “Qazel” markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən yük maşını aşıb və içindəki qarpızlar yola dağılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə dünyasını dəyiyişib. Sərnişinlərindən biri qadın olmaqla iki nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, “Opel” markalı avtomobildə vəfat edən şəxs Milli Məclisin deputatı Fəzail Ağamalının köməkçisi Həsənbala Həsənovdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024