Mobil versiya
Bakıda Tovuz rayon sakinini oğurladılar
Tarix: 18-05-2016 | Saat: 19:33
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda Tovuz rayon sakinini oğurladılar





Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb.

aia.az bildirir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən "VAZ-2106" markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib.

M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Sabunçu rayonunda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı oğurlamışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024