Mobil versiya
ATƏT Dağlıq Qarabağla bağlı bəyanat yaydı
Tarix: 18-05-2016 | Saat: 10:42
Bölmə:Siyasət | çapa göndər




ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Vyanada keçirilmiş görüşün yekunlarına dair bəyanat verib.

Bəyanatda bildirilir ki, qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. ATƏT-in fəaliyyətdə olan sədri insan itkilərindən təəssüfləndiyini qeyd edib və tərəfləri atəşkəs rejiminə tam şəkildə əməl etməyə çağırıb. O, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüşün keçirilməsi təşəbbüslərini alqışlayıb. Fəaliyyətdə olan sədr, eyni zamanda, hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına, həmçinin iyunda danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə məmnunluğunu bildirib.

F.V.Ştaynmayer qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik dövründə həmsədlərin işini tam dəstəkləyəcək. O deyib: "Biz araşdırıcı mexanizmin tətbiq olunması üçün göstərilən səyləri fəal şəkildə dəstəkləyəcəyik”. ATƏT-in fəaliyyətdə olan sədri şəxsi nümayəndəsi Anji Kaspşikin ofisinin genişləndirilməsi üzərində də iş aparılacağını bildirib.

"Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunması üçün münbit şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi yüksək prioritetə malik məsələdir”, - deyə fəaliyyətdə olan sədr vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024