Mobil versiya
77 nəfərin zəhərləndiyi şadlıq sarayı bağlandı
Tarix: 11-08-2015, 14:46 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat / Manşet / Karusel | çapa göndər

77 nəfərin zəhərləndiyi şadlıq sarayı bağlandı
Hadisəyə hüquqi qiymət verilənə qədər "Zəngəzur" bağlı qalacaq.
Paytaxtın Binəqədi rayonunda 77 nəfərin zəhərlənməsinə səbəb olan "Zəngəzur” şadlıq sarayı bağlanıb.

Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bu barədə ANS PRESS-ə açıqlamasında bildirib.

Şöbə müdirinin sözlərinə görə, aparılan araşdırmalar zamanı şadlıq sarayında ərzaqların saxlanması və hazırlanmasında kobud qayda pozuntusuna yer verilib: "Hadisə də elə bu səbəbdən baş verib. Elə məhz buna görə də şadlıq sarayı bağlanıb”.

İ. Abdullayev onu da əlavə edib ki, şadlıq sarayında gigiyena qaydalarına riayət edilməyə tam başlansa və Gigiyena Mərkəzi tərəfindən dezinfeksiya tədbirləri həyata keçirildikdən sonra bərpası yenidən həyata keçirilə bilər.

Hadisə ilə əlaqədar Binəqədi Gigiyena İdarəsi artıq Binəqədi prokurorluğuna müraciət edib.

Hadisəyə hüquqi qiymət prokurorluğun hadisədə “inzibati” yaxud “cinayət” nöqsanı olduğunu dəqiqləşdirdikdən sonra məlum olacaq.

"Ancaq şadlıq sarayı bütün bu tədbirlər bitənədək bağlı qalacaq" - deyə şöbə müdiri əlavə edib.

Onu da əlavə edək ki, xəstəxanaya müraciət edənların sayı artmaqda davam edir. Belə ki, dünən xəstəxanaya 77 nəfər müraciət etmişdi. Bu gün isə müraciət edənlərin sayı 88-ə çatıb.

Xəstəxanada isə 31 nəfər palatalarda müayinə edilir.



5443 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031