Mobil versiya
Qadın 77 yaşlı kişini videosu ilə şantaj etdi Masallıda ŞOK olay
Tarix: 17-05-2016 | Saat: 14:28
Bölmə:Cəmiyyət | çapa göndər

Qadın 77 yaşlı kişini videosu ilə şantaj etdi


Masallı rayonunda yaşlı kişidən hədə-qorxu yolu ilə pul tələb edilib.

Aia.az teleqraf.com-a istinadən bildirir ki, Cəlilabad rayon sakini A.Şahbazova mayın 16-da Masallı rayon sakini 77 yaşlı Ə.Hüseynovu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və ondan 1400 manat pul alıb.

Məlumata görə, 77 yaşlı kişi qadınla görüşüb. Bu zaman qadın yaşlı kişini videoya çəkib. Həmin video çəkilişi yaymaqla qadın 77 yaşlı kişini hədələyib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Cəlilabad rayon sakini A.Şahbazova tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024