Mobil versiya
İstanbulda partlayış: yeddi nəfər xəsarət aldı - YENİLƏNİB + FOTO
Tarix: 10-08-2015 | Saat: 13:36
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


İki terrorçu məhv edildi, bir polis öldü.

İstanbulda polis bölməsinin yaxınlığında partlayış törətmiş iki terrorçu öldürülüb.

Aia.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, terrorçular polisin həyata keçirdiyi əməliyyat nəticəsində öldürülüb. Xüsusi əməliyyat nəticəsində bir polis ölüb.

Polis əməkdaşlarının əməliyyatı davam edir.

09:25

Türkiyənin şimal-qərbində polis bölməsinin yaxınlığında partlayış baş verib və nəticədə yeddi nəfər xəsarət alıb. Bu barədə Hürriyət məlumat yayıb.

Aia.az xəbər verir ki, insident İstanbulda Sultanbəyli rayonunda baş verib.

Məlumata əsasən, partlayış nəticəsində beş polis və iki sakin xəsarət alıb. Partlayış nəticəsində polis bölməsininin yaxınlığında yerləşən maşın yanıb. Bundan başqa, ətrafda olan 20-dən çox maşına ziyan dəyib.

Qeyd olunur ki, yanğın yerinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşınları gəlib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024