Mobil versiya
Bakı, Ankara, Tiflis birgə hərbi təlim keçirəcək
Tarix: 15-05-2016 | Saat: 14:47
Bölmə:Karusel | çapa göndər

Bakı, Ankara, Tiflis birgə hərbi təlim keçirəcək






Bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşü başa çatıb.

APA-nın xəbərinə görə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında təkbətək və üçtərəfli formatda danışıqlardan sonra görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçirilib.

Konfransda Z. Həsənov çıxış edərək bildirib ki, bu gün 3 ölkənin müdafiə nazirlərinin iştirakı ilə Qəbələ şəhərində üçtərəfli formatda dördüncü görüş keçirilib. Görüş zamanı 3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb, bu formatda münasibətlərin gələcək perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi aparılıb: “Üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, Kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin daha da təkmilləşdirilməsi məqsədəuyğun hesab olunub”.

Z. Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur. Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaq. Gələcəkdə də bu formatdan irəli gələn yeni təşəbbüs və layihələrin həyata keçirilməsi planlaşdırılır. Görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bölgədə sabitliyin təmin edilməsi yollarını birgə araşdırılıb, qloballıq nöqteyi-nəzərdən çıxışlar edilib, sabitlik haqqında danışılaraq onun əhəmiyyəti vurğulanıb. Z. Həsənov qeyd edib ki, ikitərəfli və üçtərəfli görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər, xüsusən də son zamanlarda münaqişə zonasında gərginliyin artması ətraflı müzakirə edilib. Münaqişələrin sülh yolu ilə həllinin zəruriliyi və bir-birimizin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı beynəlxalq hüquq normaları çərçivəsində yanaşmanın vacibliyi bir daha qeyd edilib: “Əminəm ki, müdafiə sahəsində əməkdaşlıq üzrə üçtərəfli fəaliyyətlərimiz ölkələrimizin təhlükəsizliyinin təmin edilməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, eləcə də regionda sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olmasına öz töhfəsini verəcək. Mən bir daha həmkarlarıma səmimi və səmərəli müzakirələrə görə təşəkkür edir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və son hadisələr zamanı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə Türk və Gürcü xalqlarına minnətdarlığımızı bildirir, bütün regiona, sülh, əmin-amanlıq və rifah arzulayıram”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024